525.Az

Qəzzada ölənlərin sayı 71562-yə çatdı


 

Qəzzada ölənlərin sayı <b style="color:red"> 71562-yə çatdı</b>

Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlar, həmçinin dağıntılar altından çıxarılan cəsədlərlə bağlı son məlumatları açıqlayıb.

525.az xəbər verir ki, son 48 saat ərzində 11 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Bununla da atəşkəs başlayandan etibarən ümumilikdə 477 nəfər həlak olub, 1301 nəfər isə yaralanıb.

Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 71 562-yə, yaralıların sayı isə 171 379 nəfərə çatıb.

İbrahim Cəfərov

 





22.01.2026    çap et  çap et