525.Az

Yeni Zelandiyada torpaq sürüşməsi


 

Yeni Zelandiyada <b style="color:red"> torpaq sürüşməsi</b>

Yeni Zelandiyada torpaq sürüşməsi olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət yerli vaxtla saat 9:30-da Plenty Körfəzi bölgəsindəki Maunganui dağının ətəyində baş verib.

Ərazidə çox sayda insanın itkin düşdüyü bildirilir. Lakin yerli polis orqanları hələlik torpaq sürüşməsi nəticəsində iki nəfərin öldüyünü təsdiqləyib.

Yeni Zelandiyanın Baş naziri Kristofer Lukson açıqlamasında hökumətin fəlakətlərdən zərər çəkənlərə dəstək olmaq üçün səylərini davam etdirdiyini bildirib.

İbrahim Cəfərov

 





22.01.2026    çap et  çap et