525.Az

Qızılın qiyməti 4950 dolları ötüb


 

Qızılın qiyməti 4950 dolları ötüb<b style="color:red"></b>

Qızılın qiyməti tarixi rekordunu yeniləməkdə davam edib.

525.az xəbər verir ki, COMEX birjasında bu ilin fevral ayı üzrə qızıl fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 3-də 0,86% artaraq 4955,6 dollara yüksəlib.

Qızılın son ticarət qiyməti isə 4 942,8 ABŞ dollarına bərabər olub. Ümumilikdə gün ərzində qiymət 35 dollar artıb.
Eyni zamanda, spot bazarda qızılın qiyməti 0,33% bahalaşaraq 4 952,31 ABŞ dolları səviyyəsində formalaşıb.

Qeyd edək ki, qızıl qiymətlərində müşahidə olunan artım əsasən qlobal bazarlarda risk iştahasının zəifləməsi və investorların təhlükəsiz aktivlərə yönəlməsi ilə izah olunur.

 





23.01.2026    çap et  çap et