525.Az

“Türkiyə İrana kənar müdaxilə ssenarisinə heç vaxt müsbət baxmayıb” - Ərdoğan


 

“Türkiyə İrana kənar müdaxilə ssenarisinə heç vaxt müsbət baxmayıb” - <b style="color:red"> Ərdoğan</b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İranın dövlət başçısı Məsud Pezeşkian arasında telefon danışığı olub.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, söhbət zamanı Türkiyə ilə İran arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

Ərdoğan İranda baş verənləri yaxından izlədiyini bildirib. O qeyd edib ki, Türkiyə İranın sülh və sabitliyinə dəyər verir, eləcə də ölkəyə kənar müdaxilə ssenarisinə heç vaxt müsbət baxmayıb.

R.T.Ərdoğan bölgədəki problemlərin həllinin və gərginliyin artmasının qarşısının alınmasının Türkiyənin də marağında olduğunu vurğulayıb.

İbrahim Cəfərov

 





23.01.2026    çap et  çap et