525.Az

Poroşenko, Merkel və Olland görüşdülər


 

Poroşenko, Merkel və Olland görüşdülər<b style="color:red"></b>

Kiyevdə Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında görüş keçirilib.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidmətinin məlumatında bildirilir.
 
Mətbuat xidmətinin rəhbəri Andrey Jiqulin görüşün qapalı və “tet-a-tet” şəraitdə keçirildiyini bildirib.
 
“Protokol üzrə geniş tərkibli görüş nəzərdə tutulub. Lakin görüşün nəticələrinə dair heç bir bəyanat nəzərdə tutulmayıb”, deyə Ukrayna dövlət başçısının mətbuat xidmətinin rəhbəri qeyd edib.

 





06.02.2015    çap et  çap et