İranın xarici işlər naziri Abbas Əraqçi Ukrayna prezidenti Vladimir Zelenskinin İrandakı etirazlarla bağlı açıqlamalarına sərt reaksiya verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Əraqçi X sosial media platformasındakı paylaşımında “Dünya çaşqın klounlardan yorulub” deyə vurğulayıb.
Əraqçı açıqlamasında iranlıların özlərini müdafiə etməyi bacardıqlarını və xarici güclərdən kömək istəmədiklərini deyib:
“Cənab Zelenski, dünya təlxəklərdən yorulub. Sizin muzdlularla dolu ordunuzdan fərqli olaraq, iranlılar özlərini müdafiə etməyi bilirlər”.
Ukrayna rəsmilərinin ABŞ və Avropanın maliyyə yardımı ilə zənginləşdiyini vurğulayan Əraqçi fikrini belə yekunlaşdırıb:
“Utanmadan ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini pozaraq İrana qeyri-qanuni hücum etməsini istəyirlər”.
Xatırladaq ki, Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Zelenski İrandakı etirazlara münasibət bildirərək demişdi: “İran xalqı kifayət qədər yardım almır, Avropa kənarda dayanır və onlar ABŞ-ın İrandakı hadisələrlə bağlı necə davranacağını gözləyirlər”.
İbrahim Cəfərov
çap et