525.Az

Ötən il Azərbaycana 1.3 mln. tona yaxın buğda idxal edilib


 

Ötən il Azərbaycana 1.3 mln. tona yaxın buğda idxal edilib<b style="color:red"></b>

2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycana 275 milyon 626 min ABŞ dolları dəyərində 1 milyon 267.3 min ton buğda idxal edilib.

525.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə həcm baxımından 1.9% və ya 24.7 min ton, məbləğ baxımından isə 1.5% və ya 4.1 milyon ABŞ dolları azdır.

Xatırladaq ki, ötən il buğda idxalı Azərbaycanın ümumi idxalının 1.13%-nə bərabər olub.

Qeyd edək ki, ötən il Rusiya və Qazaxıstandan idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti 369.7 manat təşkil edib.

 





23.01.2026    çap et  çap et