ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyi (HHS) ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxma prosesinin rəsmi olaraq başa çatdığını və bununla da Prezident Donald Trampın uzun müddətdir ki, qarşısına qoyduğu məqsədlərdən birini yerinə yetirdiyini açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp birinci müddətində başlatdığı ÜST-dən çıxmaq qərarını ikinci müddətinin ilk günündə imzaladığı bir sərəncamla qətiləşdirmişdi. ABŞ qanunvericiliyinə görə, təşkilatdan çıxmaq üçün bir illik bildiriş tələb olunur və bütün ödənilməmiş borclar ödənilməlidir. Hazırda ABŞ-nin ÜST-ə təxminən 260 milyon dollar borcu var. Hüquq mütəxəssisləri ABŞ-nin bu ödənişi etməsi ehtimalının az olduğunu və ÜST-ün pulu toplamaq üçün məhdud hüquqi vasitələrə malik olduğunu bildirib.
Qeyd edək ki, ABŞ həmçinin ÜST-ün sponsorluq etdiyi komitələrdə, rəhbərlik orqanlarında və texniki işçi qruplarında rəsmi iştirakını dayandırıb.
Məhəmməd Tağıyev
çap et