525.Az

Danimarkada ABŞ məhsullarının boykot edilməsi pik həddə çatıb


 

Danimarkada ABŞ məhsullarının boykot edilməsi pik həddə çatıb<b style="color:red"></b>

ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı nəzarətə götürmək tələbləri və ardınca tariflərlə hədələməsi Danimarkada və digər Skandinaviya ölkələrində böyük etiraz dalğasına səbəb olub.

525.az xəbər verir ki, bu reaksiyanın konkret təzahürü olaraq, Birləşmiş Ştatlar məhsullarını müəyyən etməyə və boykot etməyə kömək edən "NonUSA" (UdenUSA) mobil tətbiqi Danimarka tətbiq mağazalarında bir nömrəli yerə yüksəlib.

Qeyd edək ki, tətbiq həmçinin ABŞ istehsalı olan məhsullara Danimarka yerli bazarından alternativlər təklif edir.

Məhəmməd Tağıyev

 





23.01.2026    çap et  çap et