525.Az

“ABŞ-ın növbəti hücumu regiona, bölgəyə hücum demək olacaq” - İranın xarici işlər nazirinin müavini


 

“ABŞ-ın növbəti hücumu regiona, bölgəyə hücum demək olacaq” - <b style="color:red"> İranın xarici işlər nazirinin müavini</b>

“Azərbaycan ilə İran arasında münasibətlərin inkişafı çox yaxşı istiqamətdə davam edir. Bakıda Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramovla məhsuldar görüşlərimiz oldu, son prosesləri, ikitərəfli münasibətləri müzakirə etdik”.

525.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə jurnalistlərə deyib.

O bildirib ki, ölkələrimiz arasında coxsaylı layihələr mövcuddur,  onların gedişi diqqətdə oldu. 
Regional təhlükəsizliyin əhəmiyyətini vurğulayan nazir müavini deyib ki,  qonşuların əksəriyyəti sabitlik və təhlükəsizlik istəyir.

“Əgər ABŞ yenidən İrana hücum edərsə, bu ətraf ölkələrə də təsir edəcək. Bu, regiona, bölgəyə hücum demək olacaq. Region ölkələri bunu çox yaxşı anlayırlar. Növbəti hücum sərhədləri də aşacaq. Bunu nəzərə alan region ölkələri müxtəlif kanallar vasitəsilə bu mesajı ABŞ- a çatdırdılar”. 

Pərvanə Sultanova

 





23.01.2026    çap et  çap et