525.Az

Buzovna qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq


 

Buzovna qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq<b style="color:red"></b>

Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə 525.az-a "Azərişıq" ASC-dən məlumat verilib

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Buzovna qəsəbəsi Abşeron, Cəfər Cabbarlı, Məmməd Namazov, Sidqi Ruhulla küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin lunacaq.

 





26.01.2026    çap et  çap et