525.Az

ABŞ-də 8 nəfərin olduğu şəxsi təyyarə qəzaya uğradı


 

ABŞ-də 8 nəfərin olduğu şəxsi təyyarə qəzaya uğradı<b style="color:red"></b>

ABŞ-nin şimal-şərqindəki Men ştatında səkkiz nəfəri daşıyan şəxsi təyyarə qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb. Bildirilib ki, “Bombardier Challenger 600” təyyarəsi Bangor Beynəlxalq Hava Limanından havaya qalxdıqdan az sonra qəzaya uğrayıb.

Qəza ilə bağlı araşdırma başlayıb. Hava limanının uçuş-enmə zolağı müvəqqəti olaraq bağlanıb və vətəndaşlardan hava limanından uzaq durmaları istənilib.  Təyyarədə olan sərnişinlərin sağlamlığı ilə bağlı hələlik heç bir məlumat verilməyib.

İbrahim Cəfərov

 





26.01.2026    çap et  çap et