525.Az

AFFA-nın vitse-prezidenti “Roma”nın oyununa təyinat alıb


 

AFFA-nın vitse-prezidenti “Roma”nın oyununa təyinat alıb<b style="color:red"></b>

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

525.az xəbər verir ki, o, UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Panatinaikos” (Yunanıstan) – “Roma” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş yanvarın 29-da Afina şəhərində yerləşən Olimpiya Stadionunda keçiriləcək.

 





26.01.2026    çap et  çap et