525.Az

“İranda internet yaxın günlərdə tam bərpa olunacaq”


 

“İranda internet yaxın günlərdə tam bərpa olunacaq”<b style="color:red"></b>

“İran hakimiyyəti yaxın günlərdə ölkə daxilində internetə giriş məhdudiyyətlərini tamamilə aradan qaldıracaq”. 

525.az xəbər verir ki, bunu İslam Respublikasının i BMT-dəki daimi nümayəndəsi, səfir Əli Bəhreyni bildirib.

Onun sözlərinə görə  Tehran internetin uzunmüddətli bağlanmasında maraqlı deyil, çünki bu, iqtisadiyyatın tam olaraq işləməsinə mane olur.

Diplomat qeyd edib ki, internet müəyyən qədər ictimaiyyət üçün artıq əlçatandır.

"İ nternetə tam çıxış çox tezliklə bərpa olunacaq. Bu, bir neçə gün ərzində baş verə bilər”, - diplomat söyləyib.

Pərvanə Sultanova

 





26.01.2026    çap et  çap et