525.Az

Mətbuat Şurasında Həsən bəy Zərdabinin anım günü keçirilib


 

Mətbuat Şurasında Həsən bəy Zərdabinin anım günü keçirilib<b style="color:red"></b>

Dünən Azərbaycan Mətbuat Şurasında milli mətbuatımızın banisi, dahi mütəfəkkir Həsən bəy Zərdabinin anım mərasimi olub. Tədbirdə Zərdabi irsinin tədqiqatçıları, Kütləvi İnformasiya Vasitələrinin rəhbərləri ictimai xadimlər iştirak ediblər.

Toplantını giriş sözü ilə açan sədri Əflatun Amaşov bildirib ki, rəhbəri olduğu qurum bir neçə il əvvəl Həsən bəy Zərdabinin dünyadan köçdüyü 28 noyabr tarixinin böyük şəxsiyyətin anım günü kimi qeyd edilməsi ilə bağlı təşəbbüs qaldırıb bu təşəbbüs artıq ənənəyə çevrilib. Bu gün baş tutan mərasim həmin ənənədən qaynaqlanır. “Hər il Azərbaycan Mətbuat Şurası, ümumilikdə ölkəmizin media ictimaiyyəti 22 iyul milli mətbuat günündə Həsən bəyin qurucusu olduğuƏkinçiqəzetinin işığına toplaşır. Həm bu qəzet, həm Zərdabi haqqında dəyərli fikirlər səslənir. Amma hesab edirik ki, bu böyük insan, əsl vətənpərvər haqqında qədər deyilsə, azdır. Bütün varlığını Azərbaycana bağlamış dahinin hamımıza örnək həyat yolu fəaliyyəti daim xatırlanmalıdır”, – deyə o vurğulayıb.

Zərdabi irsini Azərbaycanın keçmişi, bu günü gələcəyi baxımından misilsiz məxəz adlandırmış Ə.Amaşov onun öyrənilməsində xidmətləri olan şəxslərin əməyini yüksək qiymətləndirilməsinin zəruriliyindən söhbət açıb. Onların bir qisminə Azərbaycan Mətbuat Şurasının fəxri diplomlarını təqdim edib. Bu sırada Bakı Dövlət Universitetinin professoru İzzət Rüstəmov, Zərdab rayonunda çıxanƏkinçiqəzetinin baş redaktoru İsaməddin Əhmədov, “Xalq qəzetinin baş redaktor müavini Tahir Aydınoğlu, İctimai Televiziyanın Həsən bəy Zərdabinin həyat fəaliyyətindən bəhs edən filminin müəllifi Qərənfil Xəlilova, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru Vüqar Tofiqli, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, araşdırmaçı hərbi jurnalist Şəmistan Nəzirli, Elmira Qasımova Eldəniz Həsənov kimi tədqiqatçılar var. Tədbirdə həmçinin bildirilib ki, hazırki dövrdə Həsən bəy Zərdabi ilə bağlı elmi yeniliklərin əhəmiyyətli qismi Beynəlxalq Avrasiya Mətbuat Fondunun nəşriyyatında çap olunub. Bu işi səmərəli şəkildə həyata keçirdiyi üçün BAMF rəhbəri Umud Rəhimoğlu da Şuranın fəxri diplomu ilə təltif edilib.

Həsən bəy Zərdabi irsinin tədqiqatçılarından, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Xanhüseyn Kazımlı bildirib ki, xalqımızın min illər boyu formalaşmış zəngin milli-mənəvi dəyərlər sistemində böyük yaradıcı şəxsiyyətlərin qoyub getdiyi irs zaman-zaman həyatı dəyişdirmiş, məmləkətimizi sivil dəyərlərə qovuşdurmuşdur. Bu mənada Zərdabi fenomeni xüsusi vurğulanmalıdır. Onun istərƏkinçiqəzetindəki, istərsə sonrakı dövrlərdəki fəaliyyəti Azərbaycanı dövlət müstəqilliyinə daşıyan misilsiz dəyərlər sistemi formalaşdırıb.

Uzun illər Həsən bəy Zərdabinin həyat yaradıcılığının öyrənilməsi ilə məşğul olmuş digər alim, BDU-nun professoru İzzət Rüstəmov bildirib ki, “Əkinçiqəzetinin səhifələrində yer alan baxışlar bu gün üçün aktuallığını saxlayır, bir növ mayak rolunu oynayır. Nəşr təkcə əkin-biçin texnologiyalarını təbliğ etmirdi, eyni zamanda böyük maarifçi rol oynamaqla insanları inamlı gələcəyə doğru səsləyirdi. “Əkinçiqəzeti qısa yaşasa da, uzun ömür sürdü. Bu, əvəzsiz şəxsiyyət Həsən bəy Zərdabinin böyük əməyinin, xalq millət qarşısındakı yorulmaq bilməyən fəaliyyətinin nəticəsi idi”.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, İdarə Heyətinin üzvü, “Azərbaycanqəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Həsən bəy Zərdabini müstəqil respublikamızın mətbuat, söz sənəti yolunu işıqlandıran adam kimi xarakterizə edib. Bildirib ki, bu yolda olan hər bir məziyyət ətraflı şəkildə cəmiyyətə çatdırılmalıdır. Mövcud mənada Həsən bəy irsinin tədqiqatçılarının əməyini yüksək qiymətləndirmiş deputat gələcəkdə dahi mütəfəkkirin fəaliyyətinə dair daha səmərəli elmi işlərin ortaya qoyulacağına əminliyini vurğulayıb.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, İdarə Heyətinin üzvü, “Ədalətqəzetinin təsisçisi Aqil Abbas da çıxışında ustad Həsən bəy Zərdabinin irsinin daha dərindən öyrənilməsinə ehtiyacın duyulduğunu deyib. O, eyni zamanda mövcud istiqamətdə kifayət qədər sanballı sənət nümunələrinin ortaya qoyulduğunu da bildirərək Azərbaycanın ictimai fikir tarixində müstəsna rolu olmuş şəxslərin həyat yaradıcılığı ilə bağlı akademik nəşrlərin hazırlanmasının vacibliyinə diqqət çəkib.

Həsən bəy Zərdabi ilə əlaqədar çəkilmiş filmin müəllifi, İTV-nin əməkdaşı, tanınmış jurnalist Qərənfil Xəlilova belə dahi şəxsiyyəti olan xalqın böyük xalq olduğunu dilə gətirib. Sözügedən sənət əsərinin ərsəyə gəlməsi zamanı görkəmli mütəfəkkirlə bağlı rastlaşdığı yeni faktlardan söhbət açan jurnalist bildirib ki, bunlar Zərdabi şəxsiyyətinin Azərbaycanın fikir tarixindəki rolunun böyüklüyünü bir daha təsdiqləyir.

Tədqiqatçı jurnalist Şəmistan Nəzirli Azərbaycan mətbuatı tarixində Həsən bəy Zərdabi ilə yanaşı, onun həyat yoldaşı Hənifə xanım Abayevanın da müstəsna rolunun olduğunu vurğulayıb. Dahi mütəfəkkirin həyat fəaliyyətinə nəzər salarkən Hənifə xanım amilinə xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkib.

Yeni Azərbaycanqəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, cəmiyyət qədər dəyişikliyə məruz qalsa da, onun bəlli dəyərlər sistemi var həmin sistem bütöv bir xalqın xarakterizə olunması nöqteyi-nəzərdən müstəsna önəm daşıyır. Həsən bəy Zərdabi yaradıcılığı bir dəyərdir. Onun öyrənilməsi varlığımızın dərki baxımından son dərəcə əhəmiyyətlidir.

İdarə Heyətinin üzvü, “Paralelqəzetinin baş redaktoru Tapdıq Abbas çıxışında Həsən bəy Zərdabini mənəvi etalon kimi dəyərləndirib, onu xalqa, millətə təmənnasız xidmətin təkrarsız bənzərsiz nümunəsi adlandırıb.

Zərdab rayonunda çıxanƏkinçiqəzetinin baş redaktoru, Zərdabi irsinin tədqiqatçısı İsaməddin Əhmədov dahi mütəfəkkirin yaradıcılıq mərhələlərinin təsnifatını verib. Bu baxımdan onunKaspiqəzetindəki fəaliyyətinin müstəsna önəm daşıdığını deyib, həmin nəşrdəki fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən söhbət açıb.

Kaspiqəzetinin baş redaktoru Natiq Məmmədli eyni məqama toxunaraq vurğulayıb ki, 1897-ci ildə görkəmli Azərbaycan milyonçusu Hacı Zeynalabdin TağıyevKaspiqəzetini satın alıb nəşri erməni rus təsirindən xilas etdikdən sonra ilk işi Həsən bəy Zərdabini nəşrə çağırmaq olub. Bu kimi məsələlərə rəhbərlik etdiyi nəşrin xətti ilə çıxanÜç əsrin qəzetikitabında geniş aydınlıq gətirildiyini vurğulayan baş redaktor bildirib ki, müasirKaspiöz sələfinə sadiqlik əlaməti olaraq mətbu orqanın fəaliyyəti, xüsusən Həsən bəyin oradakı fəaliyyəti ilə bağlı elmi faktların kitab halında çıxmasına hər cür dəstək göstərməyə hazırdır.

sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu çıxışındaƏkinçiadı ilə bağlı məqama toxunaraq bildirib ki, ictimai maarifçiliyi hədəfləyən Həsən bəyin ad seçimi dövrün bürokratizminin diqqətini yayındırmaq məqsədi daşısa da, bu adlandırma eyni zamanda bir xalqın bağlılıq simvolunun tapıntısı idi. Həsən bəy hər bir halda millətin tapındığı dəyəri rəhbər tutmağı bacarmışdı.

Eyni fikri bölüşən İdarə Heyətinin üzvü, “İki sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə uzun illər ərzində öyrənilməsinə maneələr törədilməsinə baxmayaraq, Zərdabi irsinə müraciətin hələ sovet dönəmində olduğunu xatırladıb. Onun sözlərinə görə, bu müraciət təbiiliyin, xalqın içərisindən gələn obyektivlik səsinin göstəricisi idi.

Assa İradaİnformasiya Agentliyinin baş direktoru Fazil Abbas çıxışında Həsən bəy Zərdabini təkcə Azərbaycanın deyil, bütövlükdə islam ölkələrinin mətbuat tarixində mühüm rol oynamış şəxsiyyət kimi qiymətləndirib.

Xalq qəzetinin baş redaktor müavini Tahir Aydınoğlu bildirib ki, 1907-ci ilin bu günü Həsən bəyin dünyasını dəyişməsi o zamankı Azərbaycanın həyatında olduqca ağır itki idi. Onun dəfninin böyük təntənə ilə həyata keçirildiyini deyən T.Aydınoğlu onu da deyib ki, üzərindən bir əsrdən artıq müddət keçdikdən sonra Zərdabinin anım gününün ənənəyə çevrilməsi xalqın dəyərli şəxsiyyətinə qiymətinin nəticəsidir.

 





29.11.2012    çap et  çap et