525.Az

Pandalarla vidalaşmaq üçün minlərlə insan zooparka axın etdi


 

Pandalarla vidalaşmaq üçün minlərlə insan zooparka axın etdi<b style="color:red"></b>

Tokio ölkənin son iki pandasını Çinə qaytarmazdan əvvəl minlərlə ziyarətçi zooparka axın edib.

525.az xəbər verir ki, 2021-ci ildə "Ueno" zooparkında dünyaya gələn "Xiao Xiao" və "Lei Lei" adlı 2 panda bu gün Çinə təhvil verilir. 

Əkiz pandalar  qaytarılmazdan əvvəl ictimai ziyarətlərin son günündə minlərlə insan zooparka axın edib. 

Qeyd edək ki, Çin ilk dəfə 1972-ci ildə Yaponiya ilə ikitərəfli münasibətlərin normallaşmasını üçün Tokiodakı Ueno Zooparkına panda hədiyyə etmişdi. Pandaların qaytarılmasına səbəb Yaponiya ilə Çin arasında Tayvanla bağlı gərginliyin artmasıdır.

L.Tağıyeva

 





27.01.2026    çap et  çap et