525.Az

İsrail daha 9 fələstinli məhbusu azad edib


 

İsrail daha 9 fələstinli məhbusu azad edib<b style="color:red"></b>

Qəzzanın müxtəlif bölgələrində İsrail ordusu tərəfindən saxlanılan 9 fələstinli məhbus azad edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, fələstinlilər Kerem Əbu Səlim (Kerem Şalom) sərhəd-keçid məntəqəsi vasitəsilə sərbəst buraxılılıblar. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) koordinasiyasında Qəzzanın mərkəzindəki Deyr əl-Bələhə gətirilən fələstinlilər Əl-Əqsa Şəhidləri xəstəxanasına aparılıblar.

Dünən İsrail ordusu Qəzza şəhərinin şərqindəki qəbiristanlıqda bir israilli məhbusun cəsədinin tapıldığını və onun şəxsiyyətinin testlərlə təsdiqləndiyini açıqlayıb.

Qeyd edək ki, 2025-ci il oktyabrın 10-da İsraillə əldə olunan atəşkəs razılaşmasına uyğun olaraq, HƏMAS Qəzzada 20 israilli məhbusu, həmçinin ölən 28 məhbusdan 27-nin cəsədini təhvil verib.

İbrahim Cəfərov

 





27.01.2026    çap et  çap et