525.Az

Britaniyanın Baş naziri son 8 ildə ilk dəfə Çinə səfər edəcək 


 

Britaniyanın Baş naziri son 8 ildə ilk dəfə Çinə səfər edəcək <b style="color:red"></b>

“Böyük Britaniyanın Baş naziri Kir Starmer bu həftə Çinə rəsmi səfər edəcək”. 

525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Ciakun brifinqdə bildirib.

“Çinin Baş naziri Li Çianın dəvəti ilə Böyük Britaniyanın hökumət rəhbəri Kir Starmer 28-31 yanvar tarixlərində Çinə rəsmi səfər edəcək. Onun səfəri Britaniya Baş nazirinin son səkkiz ildə Çinə ilk səfəri olacaq", - o deyib.

Səfər zamanı Starmer Çin Sədri Si Cinpinlə görüşəcək. Danışıqlar zamanı ikitərəfli münasibətlər və ortaq maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Britaniyanın Baş naziri Pekindən əlavə Şanxaya da səfər edəcək.

Pərvanə Sultanova

 





27.01.2026    çap et  çap et