Oman sahillərində fransız turistləri daşıyan qayıq batıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Oman Kral Polisi açıqlamaya yayıb.
Bildirilib ki, içərisində 25 fransız turist olduğu qayıq Muttrah əyalətindəki Sultan Qabus limanı sahillərində 2,5 dəniz mili (təxminən 4,6 kilometr) aralıda batıb.
Qəza nəticəsində 3 fransalı turist həyatını itirib, daha ikisi isə yaralanıb.
Yüngül xəsarət alan iki nəfərə hadisə yerində tibbi yardım göstərilib.
Səlahiyyətlilər qəzanın səbəbləri ilə bağlı araşdırmaların davam etdiyini bildiriblər.
İbrahim Cəfərov
çap et