525.Az

Hindistanda təyyarə qəzası - nazir müavini həlak oldu


 

Hindistanda təyyarə qəzası - <b style="color:red"> nazir müavini həlak oldu</b>

Hindistanda Maharaştra əyalətinin Baş nazirinin müavini Ajit Pavar təyyarə qəzasında həlak olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Pavar mitinqdə iştirak etmək üçün Mumbaydan Baramatiyə gedərkən təyyarənin eniş zamanı qəzaya uğraması nəticəsində dünyasını dəyişib.

Hindistanın Mülki Aviasiya Baş Müdirliyi (DGCA) qəza ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, Mumbaydan havaya qalxan təyyarənin Pavarın seçki dairəsi olan Baramati hava limanına eniş zamanı qəzaya uğrayıb. Qəza təyyarənin eniş zolağına sərt eniş etməsindən sonra baş verib. Qəzada Pavarın iki müşaviri və uçuş heyətinin iki üzvünün də həyatını itirdiyi açıqlanıb. Qəzanın dəqiq səbəbləri hələlik rəsmi olaraq təsdiqlənməyib.

“The Times of India” qəzetinə danışan hadisə şahidi təyyarənin yerə dəydikdən dərhal sonra partladığını bildirib: “Hadisə yerinə çatanda təyyarəni alov bürüdü. Daha 4-5 partlayış oldu. İnsanlar sərnişinləri çıxarmağa çalışsalar da, yanğın çox güclü idi”.

Qeyd edək ki, 66 yaşlı Ajit Pavar Milli Konqres Partiyasının qurucusu və veteran siyasətçi Şərad Pavarın qardaşı oğlu idi.

İbrahim Cəfərov

 





28.01.2026    çap et  çap et