525.Az

"Napoli" hücumçu ilə razılaşdı


 

"Napoli" hücumçu ilə razılaşdı<b style="color:red"></b>

"Napoli" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

525.az xəbər verir ki, bu haqda insayder Canluka di Marzio məlumat yayıb . 

A seriyası təmsilçisi "Sportinq"in braziliyalı hücumçusu Alisson Santosla razılaşıb.

23 yaşlı futbolçu ötən yay 2,1 milyon avroya "Vitoriya"dan Portuqaliya klubuna keçib və mövsümün ilk hissəsində 29 matçda (676 dəqiqə) 2 qol vurub və 2 məhsuldar ötürmə verib.

Qeyd olunub ki, Alissonun "Napoli" ilə müqaviləsu 2031-ci ilin yayına qədər olacaq.

 





28.01.2026    çap et  çap et