525.Az

Rusiya və Suriya liderləri hərbi bazaların mövcudluğunu müzakirə edəcəklər 


 

Rusiya və Suriya liderləri hərbi bazaların mövcudluğunu müzakirə edəcəklər <b style="color:red"></b>

“Suriya prezidenti Əhməd əl-Şaraanın Moskvaya səfəri çərçivəsində iqtisadi əməkdaşlıq da daxil olmaqla, bir çox məsələlər müzakirə ediləcək”.

525.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, regiondakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparılacaq.

“Suriyada silahlı qüvvələrimizin yerləşdirilməsi məsələsinə gəldikdə bu, Müdafiə Nazirliyinin səlahiyyətindədir, sizə onlarla əlaqə saxlamağı tövsiyə edirik. Lakin Suriyadakı hərbi mövcudluğumuzla bağlı bütün məsələlər prezidentlərin danışıqlarında müzakirə ediləcək”, - o deyib.

Peskov yeni Suriya hakimiyyətinin keçmiş prezident Bəşər Əsədin ekstradisiyası ilə bağlı danışıqlar apardığı barədə məlumatları şərh etməyib.

Pərvanə Sultanova

 





28.01.2026    çap et  çap et