525.Az

“Yaxın aylarda sülh müqaviləsinin imzalanacağına ümid edirik” - Mirzoyan


 

“Yaxın aylarda sülh müqaviləsinin imzalanacağına ümid edirik” - <b style="color:red">Mirzoyan</b>

“Yaxın aylarda Azərbaycan ilə sülh müqaviləsinin imzalanacağına ümid edirik”.

525.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan AŞPA-nın sessiyasında çıxışı zamanı bildirib.

"Sülhün komponentlərinə kommunikasiyaların açılması və tranzitdə bir-birimizə kömək etmək daxildir. Həmçinin TRIPP də regionumuzda sülh və əməkdaşlıq üçün əhəmiyyətli bir elementə çevriləcək ", - Mirzoyan bildirib.

Pərvanə Sultanova

 





28.01.2026    çap et  çap et