525.Az

İradə Əlilinin "Xocalı: şahidlər danışır" kitabı qırğız dilində 


 

İradə Əlilinin "Xocalı: şahidlər danışır" kitabı qırğız dilində <b style="color:red"></b>

Xocalı soyqırımının 34-cü ildönümü ərəfəsində yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru  İradə Əlilinin "Xocalı: şahidlər danışır" kitabı qırğız dilində nəşr olunub.

525.az xəbər verir ki, kitab Qırğızıstanda fəaliyyət göstərən Türkdilli  Dövlətlərin  Siyasətinə Dəstək Fondunun sifarişi ilə tərcümə olunub. Bu təşəbbüs Fondun prezidenti Nüsrət Məmmədov tərəfindən irəli sürülüb. 

Kitabın qırğız dilinə tərcüməçisi və redaktoru Temirbek Toktoqazıyevdir. Nəşrdə o qanlı hadisənin şahidlərinin xatirələri və Xocalı gənclərinin fikirləri yer alıb.
Kitabın “Ön söz” müəllifi professor Elmira Süleymanovdur, redaktoru isə Ombudsman aparatının əməkdaşı Azadə Novruzovadır.

"Xocalı: şahidlər danışır" kitabı 13 dildə -  Azərbaycan, rus, türk, ingilis, italyan, ispan, fransız, alman, filland, holland, urdu, ərəb, özbək dillərində işıq üzü görüb. Yaxın zamanlarda 14 cü dilə- qırğız dilinə tərcümə olunmuş  kitabın təqdimatı gözlənilir.

 





28.01.2026    çap et  çap et