525.Az

Məhkəmə qarşısına çıxarılan narkotacir günahsız olduğunu bildirdi


 

Məhkəmə qarşısına çıxarılan narkotacir günahsız olduğunu bildirdi<b style="color:red"></b>

ABŞ-də narkotik ticarətinə görə uzun müddət axtarışda olan Rayan Ceyms adlı narkotacir 2 gün əvvəl Kaliforniya ştatının Santa-Ana şəhərində məhkəmə qarşısına çıxarılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hakimin müttəhimə özünü günahkar bilib-bilməməsi ilə bağlı ünvanladığı suala o, mənfi cavab verib.

Rayan Ceyms 1 ton kokain Meksika və Kaliforniyadan ABŞ-nin digər ştatlarına keçirilməsində ittiham olunur. Bundan başqa o, 2 nəfərin öldürülməsində və 1 sui-qəsddə günahlandırılır. 

Qeyd edək ki, 2002-ci ildə Solt Leyk Sitidə keçirilmiş qış olimpiya oyunlarının iştirakçısı olmuş Rayan Ceyms ötən il Meksikada tutularaq ABŞ-ə gətirilib.

L.Tağıyeva

 





29.01.2026    çap et  çap et