525.Az

"Qarabağ" "Liverpul"a uduzsa da, pley-offa adladı


 

"Qarabağ" "Liverpul"a uduzsa da, pley-offa adladı <b style="color:red"></b>

Bu gecə "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində sonuncu - 8-ci tur matçına çıxıb.

525.az xəbər verir ki, Qurban Qurbanovun komandası səfərdə İngiltərə nəhəngi "Liverpul"la qarşılaşıb. "Enfild" stadonunda keçirilən görüş "Liverpul"un 6:0 hesablı qələbəsi ilə başa çatıb. 

Buna baxmayaraq, Ağdam təmsilçisi digər matçların nəticələrindən asılı olaraq, ilk 24-lüyə düşməyi bacarıb. Beləliklə, "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazanıb. "Qarabağ" Liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vurub.

"Liverpul" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) - 6:0 

Qollar: Aleksis Makallister, 15, Florian Virtz, 21, Məhəmməd Salah, 50, Uqo Ekitike, 57, Aleksis Makallister, 62, Federiko Kyeza, 90

 





29.01.2026    çap et  çap et