525.Az

“Pley-offa vəsiqəni haqq etdik” - Qurban Qurbanov


 

“Pley-offa vəsiqəni haqq etdik” - <b style="color:red"> Qurban Qurbanov</b>

“Əfsuslar olsun, böyükhesablı məğlubiyyət oldu. İstəməzdik. Buna baxmayaraq, futbolçularımı təbrik edirəm”.

525.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son turunda “Liverpul”a uduzduqları oyun (0:6) barədə danışarkən deyib.

Qurbanov komandasının pley-offa vəsiqə qazanmağa layiq olduğunu bildirib:

“8 oyunu təhlil etsək, gəldiyimiz yola baxsaq, çox əziyyət çəkdik, risk etdik. Azından pley-offa vəsiqəni haqq etdik. Bu gün daha yaxşı oynaya bilərdik. Oyunumuz bu deyil. Layiqli məğlub olduq, lakin "24-lük"də yer almağa da layiq idik. Futbolçuları və xalqımı təbrik edirəm. Çox gözləyirdilər ki, "24-lük"də olaq. Oyunlar getdikcə daha qəlizləşir, rəqiblər güclənir. Qarşıda daha böyük oyunlar var. Çalışacağıq ki, qarşıdakı oyunlara düzgün hazırlaşaq”.

- Potensial rəqiblər məlumdur. Fikirləriniz nədir?

- Gözləyəcəyik. Hər ikisi (PSJ və "Nyukasl") özünəxas oyun üslubu ilə seçilir. Hansı düşsə, çalışacağıq, daha diqqətli olaq, yaxşı hazırlaşaq.

- Bu matçdan hansı nəticəni çıxarardınız?

- Daha yaxşı oynamaq. Futbolçularımı başa düşürəm. 8 komanda arasında rahat rəqibimiz yox idi. Geridə qalan oyunlarda çox enerji sərf etmişdilər. Həm də ola bilsin, arxayınlıq var idi. 10 xalla 90-95 faiz "24-lüy"ə düşmüşdük. Hər bir halda, bu stadion, bu komandanın təsiri oldu. Bir daha qarşılaşsaq, daha yaxşı oynayarıq, buna əminəm. Futbolçularla oyunsonrası danışanda da dedik ki, bundan yaxşısını etməyə layiqik.

- Futbolçular pley-offa vəsiqəni qeyd edirlər, ya məyusdurlar?

- 50/50.

- Meydanda məyus idilər...

- Normaldır. Özləri də qəbul edir ki, daha yaxşı oynamalı idilər.

İbrahim Cəfərov

 





29.01.2026    çap et  çap et