Dünən axşama olan məlumata görə, Kiyevdə 639 çoxmərtəbəli evə istilik verilmir.
525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko sosial şəbəkə hesabında paylaşım edib.
"Kommunal və energetika əməkdaşları evlərin istiliklə təmin olunması üçün bütün mümkün variantlardan istifadə edirlər" - deyə, mer statusunda bildirib.
Srağagün isə Ukraynanın energetika naziri Denis Şmıqal Kiyevdə 710 min sakinin elektrik enerjisiz qaldığını söyləmişdi.
Qeyd edək ki, dünən axşam bir qrup sakin 1 həftədir istiliyin verilməməsinə görə mitinq keçirərək bir neçə küçədə nəqliyyatın hərəkətini dayandırıb.
L.Tağıyeva
çap et