525.Az

“Qarabağ hərəkatı mövzusu qapanmalıdır” - Paşinyan


 

“Qarabağ hərəkatı mövzusu qapanmalıdır” -<b style="color:red">  Paşinyan</b>

Ermənistanın Baş naziri Nikol Paşinyan bir daha bəyan edib ki, "Qarabağ hərəkatı" mövzusu qapanmalıdır.

525.az xəbər verir ki, bu barədə Paşinyan mətbuat konfransında bildirib.

Baş nazir qeyd edib ki, bu məsələ əbədi olaraq bağlanmalıdır. Çünki Ermənistan və Azərbaycan Almatı bəyannaməsinə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü, suverenliyini və siyasi müstəqilliyini qarşılıqlı olaraq tanımaq barədə razılığa gəliblər və bu məsələ onun üçün bağlanıb.

“Vətəndaşlara birbaşa dedim ki, “Qarabağ hərəkatı” bağlanmalıdır. Ermənistanın Baş naziri olaraq mən də bu siyasətə sadiq qalacağam. Əgər vətəndaşlar bu siyasətlə razı deyillərsə, onları inqilab etməyə çağırıram. Heç vaxt vətəndaşları inqilab etməyə çağıran Baş nazir olmayıb. İnqilab baş tutmadı və biz bu siyasəti davam etdirəcəyik”, - deyə Paşinyan vurğulayıb.

Pərvanə Sultanova

 





29.01.2026    çap et  çap et