525.Az

Məşhur müğənninin həyatı film olacaq


 

Məşhur müğənninin həyatı film olacaq<b style="color:red"></b>

Türk musiqisinin tanınmış nümayəndəsi, müğənni və pianoçu Fərdi Özbəyənin həyatı haqqında film çəkiləcək. "Tənhalığın simfoniyası" adlı bədii filmin hazırlıqları başlayıb. 

525.az Türkiyə mediasına istinadən xəbər verir ki, filmin 2027-ci ildə nümayişi planlaşdırılır. Bu açıqlama Özbəyənin ölümünün 13-cü ildönümünə təsadüf edib.

Film Fərdi Özbəyənin musiqi karyerası, səhnə həyatı və şəxsi həyatının müxtəlif dövrlərini əhatə edəcək. Həmçinin, onun həyatının pərdəarxası məqamları və şəxsi təcrübələri də yer alacaq.

Bütün mirasını Türkiyə Təhsil Fonduna vəsiyyət edən Özbəyənin hekayəsindən bəhs edən film, fondla əməkdaşlıq çərçivəsində hazırlanır.

Layihənin məsləhətçiləri arasında Toğrul Əryılmaz, Gülşən İşeri, Murat Özyaşar, Murat Meriç, İdris Pəhlivan və Hilmi Özbəyən var.

Filmin prodüserliyi “Orchestra Content” şirkəti tərəfindən həyata keçirilir, yaradıcı prodüser Minə Şəngöz və ssenari müəllifi Yiğit Güralpdır. Filmin məqsədi Fərdi Özbəyənin yaşadığı dövrün sosial və mədəni şəraitini əks etdirməkdir.

"Tənhalıq Simfoniyası" filminin 2027-ci ildə kinoteatrlarda nümayiş olunması planlaşdırılır.

Şahanə Müşfiq

 





29.01.2026    çap et  çap et