525.Az

Metroda qatarların hərəkəti bərpa olunub - YENİLƏNİB-1


 

Metroda qatarların hərəkəti bərpa olunub - <b style="color:red"> YENİLƏNİB-1</b>

Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur.

Bu barədə 525.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

xxx

Bu gün saat 17:03 radələrində metronun “Nərimanov” stansiyasında qatarda texniki nasazlıq yaranıb. Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb.

525.az-a bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Bildirilib ki, əvəzinə ehtiyat qatar xəttə buraxılıb. Hazırda Yaşıl və Qırmızı xətlərdə intervalda 20 dəqiqəyədək yubanmalar müşahidə olunur. İntervallar qısa müddətdə bərpa olunacaq.

Bənövşəyi xətdə və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.

***

Bu gün saat 17:03 radələrində metronun “Nərimanov” stansiyasında qatarda texniki nasazlıq yaranıb.

525.az-a bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata görə, qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var.

 





29.01.2026    çap et  çap et