525.Az

Taylandda hərbi təyyarə qəzaya uğrayıb - 2 ölü


 

Taylandda hərbi təyyarə qəzaya uğrayıb - <b style="color:red"> 2 ölü</b>

Taylandın Çianq May əyalətində təlim uçuşu zamanı AT-6 tipli hərbi təyyarə qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza zamanı iki nəfər ölüb.

Tayland Kral Hərbi Hava Qüvvələrinə məxsus AT-6 tipli hərbi təlim təyyarəsi Çianq May əyalətinin Çom Tonq bölgəsində naməlum səbəbdən qəzaya uğrayıb.

Qəzada təyyarədəki iki pilotun öldüyü və əraziyə çoxsaylı təcili yardım qruplarının göndərildiyi açıqlanıb.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

İbrahim Cəfərov

 





30.01.2026    çap et  çap et