525.Az

Ukraynalı biznesmen İtaliyada ölü tapıldı


 

Ukraynalı biznesmen İtaliyada ölü tapıldı<b style="color:red"></b>

Milanda mehmanxanaların birinin yaxınlığında ukraynalı biznesmenin cəsədi tapılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, iş adamı və bankir Aleksandr Adariçdir.

Hadisə 1 həftə əvvəl baş versə də, ictimaiyyətə dünən açıqlanıb. İstintaqın verdiyi məlumata görə, Adariçin məskunlaşdığı nömrə başqasının adına götürülübmüş.  Biznesmenin şəxsiyyəti də məhz həmin nömrədən tapılmış sənədlər əsasında müəyyənləşdirilib. Başqa bir məqam müşahidə kameralarına oteldən 2 nəfərin tələsik çıxmasının düşməsidir. Ekspertizanın rəyinə əsasən mərhum boğularaq 15 metr hündürlükdən atılıb.

Qeyd edək ki, Milan polisi 54 yaşlı Adariçin öldürülməsi ilə bağlı cinayət işi açıb, araşdırma aparılır. 

L.Tağıyeva

 





30.01.2026    çap et  çap et