525.Az

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb


 

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb<b style="color:red"></b>

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.

525.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 2,29% azalaraq 5 231,31 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 3,18% azalaraq 110,795 ABŞ dolları olub.

 





30.01.2026    çap et  çap et