"Gümüş almaq vaxtıdır. Hər kəs qızıla fokuslandığı zamanda gümüş son bir neçə ayda 300% artım nümayiş etdirir. Fikrimcə bu qiymət artımı davam edecək".
Bunu 525.az-a iqtisadçı ekspert Eyyub Kərimli bildirib.
O vurğulayıb ki, gümüş həm investisiya, həm də sənaye metalıdır. Qızıl artıq çox “şişmiş” görünəndə investorlar nisbətən ucuz alternativ axtarır, gümüş burada önə çıxır:
"Tarixən də olur ki, qızıl qalxır,, bir müddət sonra gümüş onu daha sürətlə izləyir. Qızıl artıq yüksək qiymət zonasında konsolidasiya edərkən, gümüş hələ də tarixi nisbətlərə görə undervalued qalır. Xüsusilə gold–silver ratio uzun müddət normadan yuxarı olubsa, bazar adətən bunu gümüşün xeyrinə bağlayır".
Sevinc Qarayeva
çap et