525.Az

Hüseyn Cavid yaradıcılığında qadın problemi


 

Hüseyn Cavid yaradıcılığında qadın problemi <b style="color:red"></b>

Qərb Universitetinin magistri

 

Sosial mədəni düşüncədə qadın problemləri bütün dövrlərdə mövcüd olmuş, cəmiyyətin həyatında çox mühim əhəmiyyət kəsb etmişdir. Həmin problemlər XIX XX əsrlərdə Azərbaycan ziyalılarının, yazıçı şairlərin marağını çəkmiş onlar qadın azadlığı uğrunda ardıcıl mübarizə aparmışlar. Belə yaradıcı insanlardan biri Azərbaycanın dahi şairi mütəffəkiri Hüseyn Caviddir. H.Cavidin yaradıcılığında qadın problemi, ailədə cəmiyyətdə qadına münasibət, qadının yeri rolu məsələsi mühüm yer tutur. Demək olar ki, Cavidin elə bir əsəri yoxdur ki, orada qadınla bağlı bu ya digər məsələyə toxunulmasın. İyirmi iki pyes yüzlərlə poema şeirlərin yaradıcısı olan H.Cavidin əsərlərinin bir çoxu qadın adı ilə adlandırılmışdır. (“Afət”, “Maral”, “Şeyda”, “Şəhla s.).

 

SənətkarŞərq qadınışeirində qadınının cəmiyyətdə durumunu heç ürək açan olmadığını dilə gətirir. Şeirin elə girişində bu qadını belə təqdim edilir: “Mən idim? Şərqin əzilmiş qadını! (Biraz sükut...) Mən idim? Uf, onu heç sormayınız! Varlığım bir quru heç”.

 

Varlığı heç olanbu qadın gözəldir. Cəmiyyət həyatında yeri məhdud olsa da, seksual obyekt olaraq diqqət mərkəzində durur: “Vardı bir çox tapınanlar da mana, Çünki pək dilbər idim”-deyir.

 

Qadının doğulduğu gündən elə tarixin, zəmanənin əsiri olduğunu bildirən şair qeyd edir ki, qadın elə anadan olandan gün görmür, hər zaman əzab, əziyyətlərə dözməli olur. Özü istəmədən məcbur onu çirkləndirə bilərlər.

 

Keçmişin ən qaba, ən vicdansız

 

Kirli dırnaqları qəhr etdi məni.

 

Görmədim gün işığı;

 

Doğduğum gündənəvəttarixin

 

Paslı zəncirləri inlətdi məni.

 

Cavid feodal əxlaqının, şəriət qanunlarının köhnəlmiş adət ənənələrin möhkəm kök saldığı cəmiyyətdə, öz acı həyatını yaşayan bu ümidsiz həyatdan xilas yolunu yalnız ölümdə axtaran zavallı qadınları yaddan çıxarmır, onları mülkədar dini əxlaqının qurbanları sayır. Bu qadın obrazları vasitəsilə Cavid, qadına vəhşi münasibətin məişətdə cəmiyyətdə qədər dərin kök saldığını göstərir, buna öz nifrətini etirazını bildirir.

 

Hər tərəfdən qara bir mövhumat

 

Pərdələr çəkdi həmən gözlərimə...

 

Qoparırkən fəryad,

 

Etdi qanunilə din istehza

 

Mənim öksüzcə qırıq sözlərimə.

 

Lakin şeirin sonunda şair o qaranlıq günlərin arxada qaldığını şərq qadınının azadlığına nail olduğunu bildirir,

 

İmdi lakin o tikənlərdən uzaq

 

Gülərək, oynayaraq,

 

Yaşamaq zövqünü duymaqdayım ancaq, ancaq...

 

Yox, mən artıq sürünən heç deyilim,

 

Parçalanmış da qaranlıqdan hörülmüş kəfənim,

 

Qeyd etmək lazımdır ki, Hüseyn Cavidin qadın məsələsinə münasibəti, onun qadın haqqında görüşləri həmişə eyni olmamışdır onlar zaman keçdikcə müəyyən dəyişikliklərə uğramışlar. Yaradıcılığının ilk dövrlərində qadını əsasən zəif, gücsüz, alçaldılan, təhqir olunan bir məxluq kimi göstərən Cavid, yaradıcılığının sonrakı dövrlərində, qadını öz hüquqları uğrunda mübarizəyə qadir olan bir insan kimi səciyyələndirir. Məsələn, yaradıcılığının ilk dövrünə aid olan, “Bir qızın fəryadı”, “Vərəmli qız s. əsərlərində, şair qadını yazıq, bədbəxt, fiziki mənəvi əzab iztirablar altında inləyən bir məxluq kimi təsvir edir. Lakin müəyyən vaxt keçdikdən sonra Cavidin bu məsələyə münasibəti müəyyənləşir konkret şəkil alır. MəşhurQadınşeirində o artıq qadının acı taleyini təsvir etməklə, ona mərhəmət hissi ifadə etməklə, onun iniltilərini eşitməklə kifayətlənmir, onun cəmiyyətdə ailədə rolu məsələsini ön plana çəkir, diqqəti bu məsələyə yönəldir. Qadın onun nəzərində yeni nəslin tərbiyəçisi, insanlığın anasıdır. O yalnız öz övladlarının deyil, bütün millətin anasıdır. Bunu isə

 

Qadın! ey möhtərəm ənisi bəşər!

 

Sənsiz öksüz qalırdı çinsi bəşər”.         

 

Cavid eyni zamanda qadının təhsil almasını, onun savadlı olması istəyir. BunuQız məktəbindəadlı şeirində qələmə alan sənətkar həmçinin qadınları sadə olmağa çağırır. Onları qızıl, bəzəkdən xilas olmağa, savadlı olmağa səsləyir. Qadının sərvətinin onun mənəvi təmizliyi olduğunu bildirir.

 

Quzum, yavrum! Adın nədir?

 

Gülbahar.

 

Peki, sənin anan, baban varmı?

 

Var.

 

Nasıl, zənginmidir baban?

 

Evet, zəngin, bəyzadə...

 

Öyle ise, geydiyin geyim

 

   neyçin böyle sade?

 

Bununla yanaşı, Cavid insanları bir-birini sevməyə çağırır. O, bildirir ki, Allahı sevməklə yanaşı, onun yaratdıqlarını, bəndələrini sevməlisən.

 

Çox doğrusöz... Bu dünyada sənin ən çox

 

sevdiyin

 

Kimdir, quzum, söylərmisən?

 

Ən çox sevdiyim ilkin

 

O Allah ki, yeri-göyü, insanları xəlq eylər.

 

Sonra kimlər?

 

Sonra onun göndərdiyi elçilər.

 

Başqa sevdiklərin nasıl, yoxmu?

 

Var...

 

Kimdir onlar?

 

Anam, babam, müəlliməm, birdə bütün insanlar...

 

Burada H.Cavidin qəlbini iftixarla dolduran Azərbaycan qızlarının oxuması gələcək anaların cəmiyyətdə öz layiqli yerlərini tutacağına bəslədiyi inamdır.
 





29.11.2012    çap et  çap et