525.Az

Ərdoğanla Pezeşkian arasında telefon danışığı olub


 

Ərdoğanla Pezeşkian arasında <b style="color:red"> telefon danışığı olub</b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İranın dövlət başçısı Məsud Pezeşkian arasında telefon danışığı olub.

525.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı tərəflər Türkiyə ilə İran arasında ikitərəfli münasibətləri, eləcə də bölgədə artan hərbi gərginliyi ümzakirə ediblər.

Ərdoğan regional sabitliyin qorunmasının vacibliyini vurğulayaraq, gərginliyin azaldılmasının və mövcud problemlərin diplomatik yollarla həll edilməsinin vacibliyini qeyd edib. Bu kontekstdə o, Türkiyənin İran və ABŞ arasında vasitəçilik rolunu öz üzərinə götürməyə hazır olduğunu bildirib.

İbrahim Cəfərov

 





30.01.2026    çap et  çap et