525.Az

Ukrayna və Polşa MiQ-29-un modernləşdirilməsi üzərində birgə çalışacaqlar


 

Ukrayna və Polşa MiQ-29-un modernləşdirilməsi üzərində birgə çalışacaqlar<b style="color:red"></b>

“Ukrayna və Polşa MiQ-29 qırıcı təyyarələrinin effektivliyini artırmaq üçün onların modernləşdirilməsi üzərində birgə çalışacaqlar”.

525.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fedorov Telegram kanalında bildirib.

Onun sözlərinə görə, müvafiq razılaşmalar Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamışla müzakirə edilib və görüşdə əsas mövzu Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi olub. Xatırladıb ki, Varşava artıq 2023-cü ildə Ukraynaya MiQ-29 qırıcı təyyarələrini təhvil verib. Eyni zamanda, Ukrayna “Şahed” tipli kamikaze dronlarına qarşı mübarizə aparmaq üçün praktik təcrübəsini və həll yollarını Polşa ilə bölüşməyə hazır olduğunu bildirib. Fedorovun sözlərinə görə, döyüş meydanındakı məlumatlar Polşa ordusunun müdafiə qabiliyyətinin gücləndirilməsində faydalı ola bilər.

Nazir tərəfdaşlarına Ukraynaya strateji dəstəyinə görə təşəkkür edib: "Polşa əsas logistik rol oynayır - beynəlxalq yardımın təxminən 90%-i onun ərazisindən keçir. Ukraynanın enerji dayanıqlığını gücləndirilməsində rolu xüsusən vurğulanmalıdır".

Pərvanə Sultanova

 





30.01.2026    çap et  çap et