525.Az

“Apple” şirkətinin satışları 16 faiz artıb


 

“Apple” şirkətinin satışları 16 faiz artıb<b style="color:red"></b>

ABŞ texnologiya şirkəti “Apple” maliyyə ilinin ilk rübü üçün mənfəətini açıqlayıb. 

525.az xəbər verir ki, şirkətin xalis satışları üç aylıq dövrdə illik müqayisədə 16 faiz artaraq bazar gözləntilərini üstələyib.

Xalis satış bu dövrdə 143,8 milyard dollara çatıb.

Qeyd edək ki, şirkətinin xalis satışları ötən ilin eyni dövründə 124,3 milyard dollar təşkil etmişdi.

L.Tağıyeva

 





30.01.2026    çap et  çap et