525.Az

"Rusiya TRIPP-ə qoşulmaq üçün variantları araşdırmağa hazırdır” -  Zaxarova


 

"Rusiya TRIPP-ə qoşulmaq üçün variantları araşdırmağa hazırdır” - <b style="color:red"> Zaxarova</b>

“Rusiya TRIPP layihəsinə qoşulmaq üçün mümkün variantları araşdırmağa hazırdır”. 

525.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

O deyib ki, "Tramp yolu" layihəsi ilə bağlı mümkün variantları araşdırmağa hazır olduğumuzu təsdiqləyirik: 

“Amma əvvəlcə, bu təşəbbüsün həyata keçirilməsi və istismarının bütün detalları diqqətlə nəzərdən keçirilməlidir. Biz başa düşürük ki, onun inkişafı yalnız ilkin mərhələdədir."

Zaxarova bildirib ki, bütün maraqlı qurumların iştirakı ilə əsaslı məsləhətləşmələr aparmaqla bağlı İrəvana təklifimiz qüvvədə qalır.

Pərvanə Sultanova

 





30.01.2026    çap et  çap et