Türkiyəli məşhur müğənni Fateh Ürək 59 yaşında vəfat edib.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə sənətçinin meneceri və yaxınları məlumat yayıblar.
Qeyd edək ki, Fateh Ürək ötən il oktyabrın 15-də evində səhər yeməyi yeyərkən infarkt keçirib. O, xəstəxanaya çatdırıldıqdan sonra ürəyi təxminən 20 dəqiqə dayanmışdı. Həkimlərin ciddi müdaxiləsinə və bütün səylərinə baxmayaraq, sevilən sənətçi dörd aylıq mübarizədən sonra həyatını itirdi.
Allah rəhmət eləsin!
ŞAHANƏ
çap et