Parisdə naməlum şəxslər Bet Lyubaviç yəhudi məktəbinə hücum ediblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhər prokurorluğu məlumat yayıb.
Hadisə fevralın 1-ə keçən gecə baş verib. Hələlik sayı məlum olmayan vandallar məktəbin pəncərələrini sındırıb, müşahidə kamerasını sıradan çıxarıblar. Habelə, girişdəki lövhəni korlayıblar.
Faktla bağlı cinayət işi qaldırılıb. Polis hadisəni törədənlərin şəxsiyyətini araşdırır.
Yeri gəlmişkən, Fransada dini zəmində törədilən cinayətlər sanki adi hava çevrilib. Ötən il ölkədə 1163 belə cinayət hadisəsi baş verib.
L.Tağıyeva
çap et