Ermənistanın müdafiə naziri Suren Papikyan bu ölkədə səfərdə olan Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi, general Anil Çauhanla görüşüb.
525.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazir Papikyan Ermənistan-Hindistan müdafiə əməkdaşlığının hazırkı səviyyəsini yüksək qiymətləndirərək, əməkdaşlıq proqramlarının müntəzəm olaraq həyata keçirilməsinin vacibliyini vurğulayıb.
General Çauhan Hindistan Silahlı Qüvvələrinin mövcud sahələrdə əməkdaşlığı inkişaf etdirməyə, eləcə də qarşılıqlı maraq doğuran yeni istiqamətlər üzrə təşəbbüslər irəli sürməyə hazır olduğunu bildirib.
Görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə olunub.
Pərvanə Sultanova
çap et