“Rusiya, ABŞ və Ukrayna təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ikinci raundu bu həftə Əbu-Dabidə keçiriləcək”.
525.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, məsləhətləşmələrin ikinci raundunun 4-5 fevral tarixlərində Əbu-Dabidə keçirilməsinin planlaşdırıldığını təsdiqləyib. Əlavə edib ki, 1 fevrala planlaşdırılan görüş danışıqlar prosesindəki bütün iştirakçıların cədvəllərinə görə təxirə salınıb.
Qeyd edilən formatda ilk görüş 23 yanvar tarixində Əbu-Dabidə baş tutub.
Pərvanə Sultanova
çap et