525.Az

Britaniya bir rus diplomatını ölkədən çıxardı


 

Britaniya bir rus diplomatını ölkədən çıxardı<b style="color:red"></b>

Rusiyanın Londondakı səfiri Andrey Kelin Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb və ona ölkəsinin bir britaniyalı diplomatı ölkədən çıxarması barədə məlumat verilib, eyni zamanda Londondakı bir rusiyalı diplomatın da ölkədən çıxarıldığı bildirilib.

525.az xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən edilən yazılı açıqlamada: “Rusiyanın ötən ay diplomatlarımızdan birini səbəbsiz və haqsız şəkildə ölkədən çıxarmasını və heyətimizə qarşı əsassız ittihamlarını qətiyyətlə pisləyirik. Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmisi Rusiya səfirini çağıraraq Britaniyanın səfirlik işçilərinə qarşı təxribatlara dözməyəcəyini açıq şəkildə bildirdi. Buna görə də, bu gün qarşılıqlı addım olaraq, Rusiya diplomatının akkreditasiyasını ləğv edirik”, - deyə bildirilib. 

Məhəmməd Tağıyev

 





02.02.2026    çap et  çap et