525.Az

Fil turistin həyatına son qoydu


 

Fil turistin həyatına son qoydu<b style="color:red"></b>

Tailandda fil milli parka ziyarətə gəlmiş turistlərdən birini öldürüb.

525.az xarici KİV-ə istinadən xəbər verir, dünən günorta saatlarında Kxao Yay milli parkının ərazisində olub.

Cirataçay adlı 65 yaşlı turist həyat yoldaşı ilə gəzintiyə çıxarkən qəfildən erkək filin hücumuna məruz qalıb. Pxlay Oyevan ləqəbli fil xortumu ilə kişini havaya qaldıraraq yerə çırpıb. Daha sonra onu bir neçə dəfə tapdalayıb. Üstəlik, bütün bunlar qocanın həyat yoldaşı və digər turistlərin gözü qarşısında baş verib.

Məhz onların sayəsində qorxan fil ağaclıq əraziyə qaçıb. Hadisə yerinə gələn həkimlərə yalnız ölüm faktını qeydə almaq qalıb.

Yeri gəlmişkən, milli parkın rəhbərliyinin verdiyi məlumata görə, Pxlay Oyevan daha əvvəl 2 kənd sakinini də öldürüb.

L.Tağıyeva

 





03.02.2026    çap et  çap et