525.Az

Misirdə qrunt çökdü - 2 mağaza dağıldı


 

Misirdə qrunt çökdü - <b style="color:red"> 2 mağaza dağıldı</b>

Misirdə qrunt çökməsi nəticəsində 2 mağaza dağılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Qahirədə, Əl-Taqammoa rayonunda baş verib.

Gül və şirniyyat mağazaları 15 metrlik çökəkdə bütünlüklə görünməz olub. Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Onlar Yeni Qahirə xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, ilkin araşdırmadan sonra çökməyə yaxınlıqda tikilən yanacaqdoldurma məntəqəsinin ərazisində aparılan qazıntı işləri səbəb olub.

L.Tağıyeva

 





03.02.2026    çap et  çap et