“Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanında olub, həqiqətlərini müdafiə edib”.
525.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün 15 iyul xain çevriliş cəhdinin beynəlxalq ictimaiyyətə çatdırılması" layihəsi çərçivəsində keçirilən görüşdə deyib.
Səfir bildirib ki, prezidentlər Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin qarşılıqlı diqqət və dəstəyi sayəsində aramızda heç vaxt olmadığı kimi çox yaxın əməkdaşlıq, həmrəylik mövcuddur.
“Biz buna ən kritik anlarda şahid olduq. 2020-ci ildəki 44 günlük Vətən müharibəsi zamanı sizlər burada Azərbaycan da nə hiss etdinizsə, biz də Türkiyədə eynisini hiss edib, prosesi addım-addım izlədik. Azad edilən hər qarış torpağı öz torpağımız kimi qəbul etdik. 15 iyul gecəsində türk xalqının nümayiş etdirdiyi dirəniş ruhunun qarşısında eyni həyəcanın Azərbaycandakı qardaşlarımızın da yaşadığını bilirik. O gecə Prezident İlham Əliyev dərhal Prezident Ərdoğanla əlaqə saxladı”, - səfir söyləyib.
O əlavə edib ki, 6 fevralda Türkiyədə baş verən zəlzələ zamanı da ilk yardım əlini uzadan qardaş Azərbaycan oldu.
“Xalqlarımız arasındakı tarixi əlaqələri, həmrəyliyi daha da gücləndirmək bizim vəzifəmizdir”, - deyə B.Akgün vurğulayıb.
Pərvanə Sultanova
çap et