525.Az

Kuba tarixində ilk


 

Kuba tarixində ilk<b style="color:red"></b>

Dünən səhər saatlarında Kuba tarixində temperatur ilk dəfə 0 dərəcəyə düşüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Metrologiya İnstitutu məlumat yayıb.

Yerli vaxtla səhər 04.00-da ölkənin şimalındakı İndio Atuey stansiyasında 0,1 dərəcə qeydə alınıb. 3 saat sonra isə temperatur 0 dərəcəyə düşüb. Bu zaman aralığında adanın digər yerlərində temperatur 1,4-5 dərəcə aralığında olub.

Yeri gəlmişkən, bundan əvvəlki rekord 1996-cı ilin 18 oktyabrında qeydə alınmışdı. Həmin vaxt Mayabeke əyalətindəki Baynoa stansiyasında termometrlər 0,6 dərəcəni göstərmişdi.

L.Tağıyeva

 





04.02.2026    çap et  çap et