525.Az

26 yaşlı bodibilder yuxuda dünyasını dəyişdi


 

26 yaşlı bodibilder yuxuda dünyasını dəyişdi<b style="color:red"></b>

Çinli bodibilder Bi Szyatsi yuxuda ikən dünyasını dəyişib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Ninbo şəhərindən olan idmançının ölümünün əsl səbəbi bəlli deyil.

Ehtimal ki, onun orqanizmi  qarşıdakı yarışlara hazırlığın yükünə tab gətirməyib. Belə ki, bədəni susuzluğa dözməyib və böyük ehtimalla hipoksiyadan dünyasını dəyişib.

Qeyd edək ki, bodibilderin paylaşdığı son fotoda onun dodaqlarının cəhrayı rəngdə olduğu görünür. Məhz bu məqam onun orqanizminin oksigenə ac olmasına işarədir.

L.Tağıyeva

 





04.02.2026    çap et  çap et